Azərbaycan Respublikasının bir neçə ölkədəki fövqəladə və səlahiyyətli səfirləri geri çağırılıb.
Bu barədə Prezident İlham Əliyev sərəncamlar imzalayıb.
Müvafiq sərəncamlara əsasən:
- Anar Laçın oğlu İmanov Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında, eyni zamanda Kamboca Krallığında və Laos Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
- Fəxrəddin İsa oğlu Qurbanov Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
- Mali Respublikasında, Portuqaliya Respublikasında, Tunis Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
- Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda San Marino Respublikasında, Malta Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
- Ağasəlim Səmədağa oğlu Şükürov Azərbaycan Respublikasının Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.